Aİ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır
Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan prezidentlərinin dünən Vyanada keçirilən görüşünü alqışlayır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts bildirib.
Qeyd edək ki, çərşənbə axşamı Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər.