Milli Məclis Artur Rasizadəni Azərbaycanın baş naziri postuna təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə baş nazir haqqında təqdimat göndərib.
APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda bildirib ki, dövlət başçısı baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rəsizadənin təqdimatını verib.
Milli Məclis 112 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, A. Rəsizadəni baş nazir postuna təsdiqləyib.