ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində planlaşdırdığı monitorinq baş tutmadı
ATƏT-in Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində planlaşdırdığı monitorinq baş tutmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində keçirilməsi nəzərdə tutulan monitorinqin başlanmasına az qalmış erməni silahlı bölmələri tərəfindən atəşkəs rejimi pozulub.
Bu səbəbdən də monitorinq dayandırılıb.