Beynəlxalq müşahidə qrupu: Azərbaycanın Seçki Məcəlləsinin müddəaları beynəlxalq standartlara cavab verir
Azərbaycanın Seçki Məcəlləsinin müddəaları beynəlxalq standartlara cavab verir.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun seçkiöncəsi mətbuat konfransında Litvadan olan beynəlxalq müşahidəçi Arturas Mankaviçius bildirib: “Seçki günü və səslərin hesablanması prosesində Seçki Məcəlləsinin müddəalarının rəhbər tutulması şəffaflığı təmin edir”.
Belçika Parlamentinin deputatı Yohan Dekmin bildirib ki, iştirak etdiyi müşahidə qrupu hesab edir ki, seçkilərin yüksək səviyyədə təşkili sabah özünü doğruldacaq: “Seçkilərə hazırlığın yüksək səviyyədə təşkilinin oktyabrın 9-da da davam edəcəyinə əminik”.
Jurnalistlərin suallarını cavablandıran Estoniyadan olan siyasi müşahidəçi Nikolay Menert isə bildirib ki, Azərbaycan yüksək idarəetmə dəyərlərinə malikdir və həmin dəyərlərin Avropa standartlarına uyğunluğu prosesi gedir. O qeyd edib ki, Azərbaycan doğru yoldadir.
Sözügedən müşahidə qrupu Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ilkin hesabat da qəbul edib.