Azərbaycanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində ATƏT-in baş katibi Lamberto Zanier ilə görüşüb.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ətrafında fikir mübadiləsi aparılıb.