Azərbaycan və İsrail arasında ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı müqavilə bağlanacaq
Gələn il İsrail və Azərbaycan dövləti arasındakı əməkdaşlığı gücləndirən tədbirlər və səfərlər həyata keçiriləcək.
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu ilin dekabr ayında keçiriləcək “Bakutel” sərgisində İsrailin 14 şirkətinin iştirakı təsdiqlənib. Səfirin sözlərinə görə, böyük nümayəndə heyətinin dekabr ayında Azərbaycan gəlməsi gözlənilir: “Bundan əlavə, iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı müqavilənin bağlanacağı gözlənilir. Ötən il də bizim üçün çox önəmli bir olub, bir çox səfərlər həyata keçirilib. Hər iki ölkənin prezidentləri Davosda görüşüb. Bundan əlavə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfər edib”.