Bundestaqın nümayəndə heyəti Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib
Bundestaqın deputatı Yurgen Klimkenin başçılıq etdiyi Almaniya nümayəndə heyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya nümayəndə heyəti Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla görüş keçirib. Tərəflər görüş zamanı qarşılıqlı əməkdaşlığın qurulması barədə danışıqlar aparıblar.
Görüşdə separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan, Ermənistan-Almaniya parlament dostluq qrupunun rəhbəri Artak Davtyan da iştirak edib.