Azərbaycan xarici işlər nazirinin müavini Ermənistana gedib
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Ermənistana gedib.
APA-nın xəbərinə görə, səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.
Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.