Bakı Metropolitenində vahid ödəniş kartından istifadə üçün müvafiq proqram təminatı lazımdır
Nəqliyyat Nazirliyinin ictimai nəqliyyatda vahid gediş haqqı sisteminə keçid çərçivəsində bu ay ərzində tətbiq etməyi planlaşdırdığı vahid ödəniş kartından Bakı Metropolitenində istifadə etmək üçün birgə proqram təminatının hazırlanması lazımdır. Bu barədə cümə axşamı Trend-ə Bakı Metropolitenindən bildiriblər.
Qurumdan deyiblər ki, hazırda Metropolitendə mövcud olan proqram təminatı ilə ictimai nəqliyyatda yeni ödəniş sistemi çərçivəsində tətbiq ediləcək kartların istifadəsi mümkün olmayacaq. Hazırda mövcud proqram təminatı bazasında gediş kartlarının yüklənməsi üçün aparatlar işləyir:
“Metroda bu kartlardan istifadə etmək üçün birgə proqram təminatı hazırlamaq lazımdır ki, bu da olduqca kapital tutumlu işdir”.
Verilən məlumata görə, yeni sistemin tətbiqi üzrə işlər Nəqliyyat Nazirliyi tərəfindən aparıldığına görə, çox güman ki, məhz bu qurum zərurət yaranacağı təqdirdə, Metropolitenin proqram təminatının verilən standartlara uyğunlaşdırılması üzrə işləri həyata keçirəcək.