Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Posted by

Azərbaycanlılar Ermənistanın Fransadakı səfirliyi qarşısında girovların azad edilməsi tələbi ilə  etiraz aksiyası keçiriblər.  Mitinqdə 2014-cü il iyulun 12-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığı buraxılması tələb edilib.

Soydaşlarımız hər iki şəxsin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində girov götürüldüyünü bildiriblər. Aksiyada Ermənistanın təcavüzkar dövlət olduğu bildirilib, azərbaycanlı girovların azadlığa buraxılması tələb edilib.

Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycan torpaqları kimi tanınan ərazilərdə bu ölkənin vətəndaşlarının girov götürülməsi, Cenevrə Konvensiyasının pozulması və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyon azərbaycanlının öz evlərini tərk etmək məcburiyyətində qalması Fransa ictimaiyyətinin diqqətinə çatdırılıb.

Report.az