Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan konfrans keçirilir

Posted by

Dekabrın 8-də Bakıda “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Tədbir 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunub.

Əvvəlcə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, milli məclisin deputatları, yerli və xarici qonaqlar iştirak edirlər.

AZƏRTAC