Azərbaycan-Fransa hərbi əməkdaşlıq planına uyğun olaraq təcrübə mübadiləsi aparılır

Posted by

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək.

Report.az