Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub

Posted by

Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) noyabrın 9-da Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında iştirak ediblər.

Onlar Daimi Şurada danışıqlar prosesinin inkişafı və regionda mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat veriblər.

Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Hants Lampaltser də iştirak ediblər.

Report.az