Azərbaycan prezidenti İlham Əliyev “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək və fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Vergilər Nazirliyi fərmanla təsdiq edilmiş hər iki Qaydanın tələblərinə vergi ödəyiciləri tərəfindən ciddi əməl olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Fərmana əsasən, Qaydalar 2017-ci il, iyulun 15-dən qüvvəyə minir.
Apa.az