Milli Məclisin deputatları AŞPA-nın seminarında insan hüquqları ilə bağlı təqdimat edəcəklər

Posted by

AŞPA-nın Parlament Layihələrinə Dəstək Departamenti iyunun 12-13-də “Avropa İnsan Hüquqları Konvensiyası standartlarının həyata keçirilməsində milli parlamentlərin rolu” mövzusunda regional seminar təşkil edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək tədbirdə ölkəmizi deputatlar Vüsal Hüseynov, Sabir Hacıyev, Kamran Nəbizadə və Ülviyyə Ağayeva təmsil edəcəklər.

Regional seminarda mövzu ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılacaq. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən insan hüquqları ilə bağlı təqdimat edilməsi nəzərdə tutulur.

AZƏRTAC