“YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlanması ilə əlaqədar mətbuat konfransı keçirildi

Posted by

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlanması ilə əlaqədar 17 may 2017-ci il tarixdə saat 11:00-da New Baku Hotel-də mətbuat konfransı keçirdi.

Tədbirdə ilk öncə layihənin hüquqşünası Şahin Camalov çıxış edərək məhkumların vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, onların cəza çəkməkdən azad olduqdan sonra qarşılaşdıqları əsas hüquqi problemlər və həlli yolları barədə məlumat verdi. Daha sonra çıxış edən layihənin psixoloqu Asəf Kərimov isə məhkumların cəzaçəkmə müəssisəsində və azadlığa çıxdıqdan sonrakı adaptasiya dövründə yaşadıqları problemləri psixoloji aspektdən izah edərək onların cəmiyyətə inteqrasiyası sahəsində mütəmadi işlərin görülməsinin vacibliyini bildirdi. “YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin bu sahədə mühüm rol oynayacağı xüsusilə qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına verilən dəstəyə yüksək qiymətləndirildi.

Mətbuat xidməti

17.05.2017