Azərbaycan vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı qaydalarda dəyişiklik edilir

Posted by

Azərbaycan vətəndaşlığına qəbul, bərpa və çıxma ilə bağlı qaydalarda dəyişiklik edilir, dövlət rüsumunun ödənilməsi şərtləri dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul), 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrində dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, hər üç maddədə “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir” sözləri “şəxs (vətəndaşlığa qəbul, bərpa və ya çıxma üçün müraciət edən – M.A.) tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 23-də müzakirəyə çıxarılacaq.

Apa.az