Milli Məclisin növbəti plenar iclası başlayıb.
APA-nın məlumatına görə, gündəliyi elan edən spiker Oqtay Əsədov bildirib ki, gündəliyin 17-ci məsələsi (Cinayət Məcəlləsində cərimələrin qaldırılması ilə bağlı dəyişikliklər) olan layihə təşəbbüs edən tərəf tərəfindən geri çağırılaraq gündəlikdən çxıarılıb.
Onun yerinə Ali Məhkəməyə yeni hakimin təyin olunması ilə bağlı Əziz Seyidovun namizədlik məsələsi salınıb.
İclasın gündəliyinə 36 məsələ daxildir.
Apa.az