Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Posted by

Azərbaycan qonşu və dost Gürcüstan ilə parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır. Bu gün iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Qanunverici orqanlar arasında əməkdaşlığın genişlənməsi, deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələri əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir.

Bu fikirləri Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşdə söyləyib.

Söhbət zamanı parlamentlərarası dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinə dair fəaliyyət planının hazırlanması məsələsi də diqqət mərkəzində olub.

Gürcüstan parlamentinin deputatlari Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani görüşdə iştirak ediblər.

AZƏRTAC