BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.
“Biz Dağlıq Qarabağda təmas xətti boyunca toqquşmalar haqqında məlumatlardan narahatıq”, – deyə Stefan Cüjarrik qeyd edib.
Onun sözlərinə görə, BMT-nin baş katibi gərginliyin qarşısını alması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini tamamilə dəstəkləyir.
Trend.az