Azərbaycanda uşaqların inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə haqqında qanun hazırlanıb
Azərbaycanda uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalara qarşı mübarizə ilə bağlı xüsusi qanun layihəsi hazırlanıb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsidir.
Layihə Milli Məclisin 2017-ci il yaz sessiyasında iş planına daxil edilib. Sənəddə mətbuatda və sosial şəbəkələrdə bu tip informasiyaların yayılmasına qarşı bir sıra tədbirlər əksini tapıb.
Apa.az