Lavrov: “Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur”

Posted by

Lavrov: "Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur"

Lavrov: “Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur”

Lavrov: "Dağlıq Qarabağda insidentlərin araşdırılması ilə bağlı ATƏT daxilində konsensus yoxdur"

“Bu, artıq hansısa mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.

 

APA-nın Moskva bürosunun məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında “Azərbaycan ermənilərin işğal etdiyi ərazilərdə antiterror əməliyyatına, Qarabağ ərazisini işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına cavabında deyib.

 

O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

 

Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: “Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar”.

 

Apa.az