Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulunu təklif edib
Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbulunu təklif edib.
Bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, artıq sözügedən qanun layihəsi beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman Aparatı tərəfindən hazırlanaraq parlamentə təqdim edilib:
“Uşaq hüquqları haqqında ümumi normalar “Uşaq hüquqları haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində və s. var. Amma yeni layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır”.
A.Səfixanlı qeyd edib ki, Ombudsman Aparatı uşaqların zorakılıqdan qorunması məqsədi ilə MM-ə bu konvensiyanın ratifikasiyası ilə bağlı müraciət edib.
Trend.az