Azərbaycanın Ermənistan ilə dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 21-də Qazax rayonu istiqamətində Azərbaycanın Ermənistan ilə dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçiriblər.
Ermənistan tərəfdən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Xristo Xristov və Piter Şvedberq aparıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
AZƏRTAC