Ştaynmayer: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır”
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət narahatlıq mənbəyi olaraq qalır”.
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib. O bildirib ki, bu ilin aprelində vəziyyətin gərginləşməsi münaqişənin nə qədər təhlükəli olduğunu göstərdi: “Bu hadisə göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin düzgün həll yolunu tapmaq üçün düzgün müzakirələr apardığımıza əmin olmağımız nə qədər vacibdir”.
Apa.az