Elmar Məmmədyarov NATO-nun tədbirində iştirak edir
Brüsseldə NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı başlayıb.
APA-nın məlumatına görə, toplantıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
İclas zamanı nazirlər əməliyyatların gedişi və Əfqanıstana dəstək məsələsini müzakirə edəcəklər.
Apa.az