Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Posted by

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) II hissəsində aşağıdakı dəyişikliklər edilib:

 

1. 4-cü bəndə “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin.

 

2. 5-ci bənddən “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın.

 

3. Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:

 

“5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

 

5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.

 

4. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

 

“6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”.

 

5. Səkkizinci abzas ləğv edilsin və doqquzuncu abzas səkkizinci abzas hesab edilsin.

 

Apa.az