Azərbaycan Silahlı Qüvvələrində keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsinə start verilib
Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir.
“Həyəcan” siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.
Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.
Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təmin edir.
AZƏRTAC