ATƏT PA-nın illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək
Tbilisidə ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. Bunu Trend-ə ATƏT-in mətbuat xidmətindən deyiblər.
1-5 iyulda keçiriləcək sessiyada Milli Məclisin vitse-spikeri Bahar Muradova və deputat Azay Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
Sessiyanın yekunları üzrə Tbilisi bəyannaməsi qəbul ediləcək.
Trend.az