Nüvə Təhlükəsizliyi Sammiti iştirakçıları yekun kommünike qəbul ediblər
Nüvə terrorizmi təhlükəsi artır və beynəlxalq təhlükəsizlik üçün əsas problemlərdən biri olaraq qalır.
APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə sammitin yekunları ilə bağlı qəbul edilən kommünikedə deyilir.
“Nüvə və radioaktiv terrorizm təhlükəsi dünyada əsas problemlərdən biri olaraq qalır və bu təhlükə daim artır. Nüvə və digər radioaktiv materialların qeyri-dövlət elementlərinin əlinə keçməməsi məqsədi ilə görülən işləri genişləndirməyə ehtiyac duyulur “, – sənəddə deyilir.
Sammit iştirakçıları nüvə silahsızlaşdırılması, nüvə silahının yayılmaması və nüvə enerjisindən dinc istifadə məqsədlərinə sadiq qaldıqlarını təsdiqləyiblər.
Sammit iştirakçıları fəaliyyət planı qəbul edib. Bu sənədə milli qanunlar və müvafiq beynəlxalq öhdəliklərə uyğun olaraq könüllülük əsasında icra olunacaq.
Apa.az