Martın 14-də BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası işə başlayacaq

Posted by

Martın 14-də BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası işə başlayacaq

 

Martın 14-də BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası işə başlayacaq

Martın 14-də BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası işə başlayacaq

 

Martın 14-də Nyu-Yorkda, BMT-nin iqamətgahında Qadınların Statusu üzrə Komissiyanın 60-cı sessiyası işə başlayacaq. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, sessiyada gender bərabərliyinə nail olmaq kontekstində 2030-cu ilədək olan dövr üçün inkişaf sahəsində gündəlik müzakirə ediləcək.

 

BMT Baş katibinin gender bərabərliyi, qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi məsələləri üzrə köməkçisi Pumzile Mlanbo-Nqkuka mətbuat konfransında deyib: “Bu sessiya inkişaf sahəsində gündəliyin həyata keçirilməsi yolları haqqında “ideyalar paradı” olacaq”.

 

BMT nümayəndəsi deyib: “Biz həm gender bərabərliyi yolunda duran böyük problemləri müzakirə edəcəyik”. O bildirib ki, sessiya çərçivəsində 400-dən çox tədbir keçiriləcək.

 

Sessiya martın 24-dək davam edəcək. Onun işində BMT sisteminin, üzv dövlətlərin və dünyanın bütün ölkələrinin vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcəklər.

 

Gündəliyin sabit inkişaf məqsədlərinə, o cümlədən qadın hüquqlarının müdafiəsi, onların imkanlarının genişlənməsi ilə bağlı məqsədlərə 2030-cu ilədək çatmaq bu ilin prioritet mövzusudur.

 

P.Mlanbo-Nqukuka deyib: “Dünyanın heç bir ölkəsi, hətta sənayecə inkişaf etmiş ölkəsi də gender bərabərliyinə tam nail olmayıb. Cinslərin bərabərliyi ideyasını önə çəkərkən üzləşdiyimiz problemlərin universallığı da bunu təsdiq edir”.

 

AZƏRTAC