ATƏT PA-nın sessiyasında dondurulmuş münaqişələrin həlli üçün yeni təşəbbüslərin vacibliyi qeyd edilib

Posted by

ATƏT PA-nın sessiyasında dondurulmuş münaqişələrin həlli üçün yeni təşəbbüslərin vacibliyi qeyd edilib

 

ATƏT PA-nın sessiyasında dondurulmuş münaqişələrin həlli üçün yeni təşəbbüslərin vacibliyi qeyd edilib

ATƏT PA-nın sessiyasında dondurulmuş münaqişələrin həlli üçün yeni təşəbbüslərin vacibliyi qeyd edilib

 

Fevralın 25-də ATƏT Parlament Assambleyasının daimi komitənin iclasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edib.

 

Bahar Muradova ATƏT PA-nın nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana səfərini xatırladıb, bu səfəri Azərbaycan ilə təşkilat arasında qarşılıqlı əməkdaşlıq və dialoqun inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirib. O, Azərbaycana səfər etmiş nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteliyə səfərin nəticələrinə dair dolğun hesabata görə minnətdarlıq edib.

 

Bahar Muradova Azərbaycanın ATƏT-in bərabərhüquqlu iştirakçısı olduğunu qeyd edərək, ölkəmizin bu təşkilatın və onun strukturlarının işində bundan sonra da öz aktiv fəaliyyətini davam etdirəcəyini bildirib. Qeyd edib ki, Azərbaycanın ATƏT-də iştirakı beynəlxalq münasibətlərin ümumi qəbul olunmuş prinsiplərinə əsaslanır. Bu baxımdan Azərbaycan əmindir ki, ATƏT, onun icra strukturları və institutlarının fəaliyyəti ciddi şəkildə yuxarıda qeyd olunan prinsiplər və eləcə də bütün üzv dövlətlər tərəfindən təsdiq edilmiş bu strukturların mandatı əsasında qurulmalıdır.

 

Milli Məclis sədrinin müavini ATƏT PA-nın Cənubi Qafqaz üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Kristian Vigeninin regiona səfərləri və səmərəli fəaliyyəti sayəsində bu qurumu canlandıracağına ümidvar olduğunu bildirib. Ondan yeni təşəbbüslərlə çıxış edəcəyinin, həmçinin bu gün AŞPA iclasları ilə əlaqədar yerinə düşməyən bəyanatları ilə yadda qalan Minsk qrupunun fəaliyyətinə təkan verəcəyinin gözlənildiyini bildirib. Əlavə edib ki, Minsk qrupunun həmsədrləri əslində münaqişənin nizamlanması prosesinə qrupa üzv olan bütün ölkələri, həmçinin təşkilatları cəlb etməklə onların münaqişənin həllinə verə biləcəyi töhfədən yararlanmalıdırlar.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışının sonunda ATƏT-ə sədrlik edən Almaniyanın ATƏT məkanında həlli uzanan münaqişələrin nizamlanmasında təşkilatın töhfələrinin gücləndirilməsi mövzusuna həsr olunan seminar təşkil etmək təşəbbüsünü alqışlayıb. O qeyd edib ki, Minsk qrupunun fəaliyyətini gücləndirmək üçün Almaniya parlamentinin nümayəndəsi Doris Barnett tərəfindən qaldırılan təşəbbüs və təklifləri müsbət qiymətləndirir və Azərbaycan tərəfi bu prosesdə iştirak etməkdə maraqlıdır.

 

AZƏRTAC