Türkiyə səfiri Quba Soyqırımı Kompleksini ziyarət edib

Posted by

Türkiyə səfiri Quba Soyqırımı Kompleksini ziyarət edib

 

Türkiyə səfiri Quba Soyqırımı Kompleksini ziyarət edib

Türkiyə səfiri Quba Soyqırımı Kompleksini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Quba rayonuna səfər edib.

 

APA-nın şimal bürosunun məlumatına görə, səfir öncə rayonun İqrıq kənd qəbristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn Osmanlı ordusunun iki əsgərinin məzarını ziyarət edib. Bildirilib ki, 1918-ci ildə ermənilərin törətdikləri qırğınların qarşısı Nuru Paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla yad edirlər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovla görüşdə səfirə Qubanın tarixi, təbiəti burada yaşayan azsaylı xalqlar, ümumilikdə rayon haqqında geniş məlumat verilib.

 

Daha sonra İ. A. Coşkun Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Komplekslə tanışlıqdan sonra səfir xatirə kitabına ürək sözlərini yazıb.

 

Apa.az