Qərbi Avstraliya parlamentində Azərbaycanla parlamentlərarası əlaqələr müzakirə olunub
Qərbi Avstraliya parlamenti Milli Məclislə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Qərbi Avstraliya parlamentinin sədri Maykl Sazerlend Milli Məclisin deputatı Xanlar Fətiyevin başçılıq etdiyi Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə görüşdə deyib.
M.Sazerlend qeyd edib ki, Avstraliya iqtisadiyyat, ticarət, təhsil sahələrində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Trend.az