Parlamentdə yenilənmiş büdcə müzakirələri başladı
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, bugünki iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanuna, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanuna dəyişikliklər, o cümlədən, “Polis haqqında” Qanuna dəyişiklik, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsi, “Valyuta tənzimi haqqında” Qanuna dəyişikliklərin müzakirəsi daxildir.
Trend.az