Almaniyada Azərbaycan və türk diaspor nümayəndələrinin birgə görüşü keçirilib

Posted by

Almaniyada Azərbaycan və türk diaspor nümayəndələrinin birgə görüşü keçirilib

 

Almaniyada Azərbaycan və türk diaspor nümayəndələrinin birgə görüşü keçirilib

Almaniyada Azərbaycan və türk diaspor nümayəndələrinin birgə görüşü keçirilib

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində Almaniya Türk – Azərbaycan Dərnəyinin rəhbəri, professor Hakkı Keskinlə görüş keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin direktoru Heydər Mirzə, Almaniyada Azərbaycanlı Tələbələrin Şəbəkəsinin rəhbəri Asif Məsimov, həmçinin azərbaycanlı, türkiyəli ziyalılar və diaspor fəallar da iştirak ediblər.

 

Görüşdə çıxış edən Almaniya Türk – Azərbaycan Dərnəyinin rəhbəri, professor H.Keskin Almaniyadakı həyat yolundan danışıb, həmçinin uzun illər ərzində bu ölkədə təşkilatlanma və birgə maraqların qorunması yolunda türklərin keçdiyi təkamül yolu haqqında geniş məlumat verib. O, gənc nəsli, o cümlədən, gənc azərbaycanlıları, yerli türk təşkilatlarında daha aktiv olmağa dəvət edib və Almaniya Türk – Azərbaycan Dərnəyinin növbəti rəhbərinin gənc azərbaycanlılardan seçilməsini təklif edib.

 

Daha sonra çıxış edən səfir P.Şahbazov isə öz nitqinə Türkiyənin paytaxtı Ankarada 17 fevral tarixində baş vermiş dəhşətli terror aktını pisləyən başsağlığı ilə başlayıb. O, həmçinin qeyd edib ki, müəyyən istiqamətlərdə problemlər olsa da, Türk-Azərbaycan əməkdaşlığı Almaniyada ümumən ciddi və uğurlu inkişaf edir, nailiyyətləri var, cəmiyyətlər və dərnəklər birgə layihələr həyata keçirir, tədbirlər təşkil edirlər, erməni tərəfinin təbliğatına qarşı əksər hallarda birgə hərəkət edirlər. Bununla yanaşı, P.Şahbazov gələcək əməkdaşlığın perspektiv istiqamətlərini vurğulayaraq Almaniyada Türk – Azərbaycan Dərnəyi üçün birgə fəaliyyətdə əhəmiyyət daşıyan uğurlu faktorlardan da söz açıb.

 

Daha sonra görüş müzakirələrlə davam edən görüşdə iştirakçılar öz fəaliyyət təcrübələrində rastlaşdıqları problemlərdən və uğurlardan danışıblar. Bildirilib ki, Türk-Azərbaycan Dərnəyi Almaniyadakı fəaliyyətlərində universitetlər və təhsil ocaqlarına daha çox diqqət yetirməlidir, həmçinin fərdi olaraq nüfuzlu insanlarla, alimlərlə, ekspertlərlə iş daha da güclədirilməli və bu, uzunmüddətli xarakter daşımalıdır.

 

Trend.az