İsveçin xarici işlər naziri bu gün Azərbaycana işgüzar səfərə gəlir
İsveç Krallığının xarici işlər naziri, xanım Marqot Vallström 9-10 fevral tarixində Azərbaycana işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Marqot Vallströmün fevralın 10-da xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Apa.az