Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin təxribat qrupunun 3 üzvünü məhv edib
Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmənin təxribat qrupunun 3 üzvü məhv edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid əsgər İmran Mirzəyevin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.
AZƏRTAC