Prezident yanında Apellyasiya Şurası yaradıldı

Posted by

Prezident yanında Apellyasiya Şurası yaradıldı

 

Prezident yanında Apellyasiya Şurası yaradıldı

Prezident yanında Apellyasiya Şurası yaradıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında fərman imzalayıb.

 

Trend-in məlumatına görə, fərmanda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılsın.

 

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).

 

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirləri görsün.

 

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Trend.az