Azərbaycan Prezidenti yanında Gənclər Fondu 2015-ci il üçün hesabat konfransı keçirib

Posted by

Azərbaycan Prezidenti yanında Gənclər Fondu 2015-ci il üçün hesabat konfransı keçirib

 

Azərbaycan Prezidenti yanında Gənclər Fondu 2015-ci il üçün hesabat konfransı keçirib

Azərbaycan Prezidenti yanında Gənclər Fondu 2015-ci il üçün hesabat konfransı keçirib

Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondu 2015-ci il üçün hesabat konfransı keçirib.

 

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib.

 

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda dövlət gənclər siyasətindən danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda gənclər siyasətinə xüsusi önəm verdi. F.Hacıyev bildirib ki, Azərbaycan gənclərinin ilk forumu məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildi və 2 fevral Gənclər Günü elan edildi.

 

F.Hacıyev bildirib ki, heç bir ölkədə gənclərə Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərən qurum yoxdur: “Azərbaycanda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası var ki, gənclərə dəstək verir, onların layihlərini maliyyələşdirir”.

 

Tədbirdə qeyd olunub ki, indiyə qədər Fond 7 qrant müsabiqəsi keçirib. Müsabiqələr zamanı Fonda müxtəlif layihələrlə bağlı 5080 müraciət daxil olub və onlardan 2333-ü müsbət cavab alıb. Ümumilikdə, bu layihələrə 13.5 milyon manatdan artıq vəsait ayrılıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov Şuranın ötən ilki fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Müşahidə Şurası ötən il bir neçə görüş keçirib. T.Süleymanov bildirib ki, Müşahidə Şurası Fondun fəaliyyətini tənzimləyən bir sıra mühüm sənədlər qəbul edib.

 

T.Süleymanov vurğulayb ki, sevindirici haldır ki, ildən ilə Gənclər Fonduna maraq artır və Fonda təqdim olunan layihələrin sayı da artır.

 

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclərə xüsusi dövlət qayğısı mövcuddur. Nazir müavini bildirib ki, ötən 20 il ərzində Azərbaycan gənclər siyasəti sahəsində bir çox hədəflərə çatdı. O bildirib ki, Azərbaycanın dünyaya nümunə olacaq bir gənclər siyasəti formalaşıb.

 

İ.Babayev bildirib ki, Gənclər Fondu yarandığı gündən gənclər təşkilatlarının fəaliyyətinə dəstək göstərib, qısa müddət ərzində gənclər təşkilatlarının və fərdi gənclərin minlərlə təşəbbüsləri dəstəklənib.

 

Nazir müavini bildirib ki, bundan sonra da gənclərimiz Azərbaycan dövlətinin qayğısını hiss edəcək və gənclər də dövlətimizin inkişafı və daha da qüdrətlənməsi üçün öz potensialını əsirgəməyəcək.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri Gənclər Fondunun fəaliyyəti, gənclərə göstərilən dövlət qayğısından danışıb və 2 fevral Gənclər Günü münasibəti ilə gəncləri təbrik ediblər.

 

Trend.az