İSESCO İcraiyyə Şurasının sədri: Azərbaycan islam həmrəyliyinin gücləndirilməsində xeyli nailiyyətlər əldə edib

Posted by

İSESCO İcraiyyə Şurasının sədri: Azərbaycan islam həmrəyliyinin gücləndirilməsində xeyli nailiyyətlər əldə edib İSESCO İcraiyyə Şurasının sədri: Azərbaycan islam həmrəyliyinin gücləndirilməsində xeyli nailiyyətlər əldə edib

İSESCO İcraiyyə Şurasının sədri: Azərbaycan islam həmrəyliyinin gücləndirilməsində xeyli nailiyyətlər əldə edib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) islam dünyasında həmrəylik əlaqələrini gücləndirməkdən ötrü işləri davam etdirəcək.

 

Trend-in məlumatına görə, bunu İSESCO-nun Baş Konfansının 12-ci sessiyasında çıxış edən İSESCO-nun İcraiyyə Şurasının sədri Bubakar Dukur İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı deyib.

 

Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi sahəsində xeyli nailiyyətlər əldə etdiyini deyən Bubakar Dukur bunu Azərbaycan Prezidentinin səylərinin nəticəsi kimi dəyərləndirib: “Ölkəyə bu sahədə daha da böyük uğurlar arzulayıram”.

 

O bildirib ki, bundan əvvəl keçirilən İcraiyyə Şurasının sessiyalarında bir sıra mühüm məsələlər müzakirə olunub: “Əsas məsələlərdən biri olan 2016-17-ci il üçün büdcə və fəaliyyət planı təsdiq olunub. Bundan sonra İSESCO-nun rolu daha da gücləndirilməlidir”.

 

İslam Əməkdaşlıq Təçkilatının nümayəndəsi Mehca Ahmed bildirib ki, hazırda bütün dünya ölkələrində müşahidə edilən böhran şəraitində müsəlmanlara qarşı ayrı-seçklilik çox ciddi narahatlıq doğurur. Belə halların zorakılığa da gətirib çıxardığını deyən M.Ahmed deyib ki, ayrı-seçkiliyin qarşısını almaqdan ötrü ciddi təddbirlər görülməlidir: “Təhsil və mədəniyyət bəşəriyyətə bu sahədə kömək edəcək yeganə vasitədir. Bu mənada təhsilə çıxış çox mühümdür”.

 

İSESCO-ya üzv olan ölkələr arasında qarşılıqlı şəkildə əməkdaşlığı vacib sayan M.Ahmed deyib ki, ali təhsil sahəsində əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. O, bu sahədə digər regionların da təcrübəsi ilə tanış olmağı vacib sayıb.

 

Onun sözlərinə görə, islam ölkələrində terrorizmə qarşı mübarizə aparılmalıdır: “Xüsusilə gəncləri terrorizmin əlindən qurtarmalıyıq. Biz müsəlman qardaşlığını, ayrı-ayrı ölkələrin suverenliyini gücləndirməliyik. Eyni zamanda, düşmənlərimizin axtardığı məqamları onlara verməməliliyik. Sizin təkliflərinizi nəzərə almaqla, komandamızla birlikdə bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

 

İclasda İSESCO-nun fəaliyyətinə verdiyi töhfələrə görə, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevə, eləcə də bir çox ölkələrin səlahiyyətli şəxslərinə mükafatlar tədim edilib.

 

Trend.az