Milli Məclisin yeni tərkibdə ilk plenar iclasının vaxtı məlum olub
Dekabrın 1-də yeni tərkibdə V çağırış Milli Məclisin plenar iclası keçiriləcək.
APA-nın məlumatına görə, iclasın gündəliyinə təşkilati məsələlər, Milli Məclisin komitə üzvlərinin təsdiq edilməsi daxildir.
Eyni zamanda iclasda deputatlara deputat vəsiqələri və nişanları təqdim ediləcək.
Apa.az