Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişikliklər edildi

Posted by

Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişikliklər edildiDövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişikliklər edildi

Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamədə dəyişikliklər edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Dəyişikliklərə əsasən, Əsasnamənin 12-ci hissəsi aşağıdakı redaksiyada verilir:

 

“Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.”.

 

14-cü hissədən “Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən,” və “isə” sözləri çıxarılır.

 

Bundan başqa, 17-ci hissə ləğv edilir.

 

Həmçinin 22.3-cü bənddən “hərbi qulluqçularının və sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin mülki” sözləri “ , strukturuna daxil olan və tabeliyində olan bölmələrinin” sözləri ilə əvəz edilir.

 

Trend.az