Peru Konqresində Azərbaycan dostluq qrupu yaradılıb
Peru Konqresində Azərbaycanla bu ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan dostluq qrupu yaradılıb. Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqresin Xarici əlaqələr koitəsinin sədri Elias Rdriqez Zavaleta tərəfindən Azərbaycan səfirliyinə ünvanlanmış məktubda, hər iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub və konqresində dostluq qrupunun yaradılmasının əhəmiyyəti vurğulanıb.
Xalqların bir-birinə yaxınlaşdırılmasında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edilərək, dostluq qrupunun yaradılmasının tarixi hadisə olduğu və qarşılıqlı münasibətlərin inkişafına töhfə olacağı vurğulanıb.
Qeyd edək ki, Peru Konqresində 2013-cü ilin 10 iyun tarixində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən Qətnamə qəbul edilib. Qərarda Ermənistanın Azərbaycan qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırım kimi qiymətləndirilib.
Trend.az