Əhməd Davudoğlu Azərbaycana səfər edəcək
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.
APA-nın “Bugün” qəzetinə istinadən verdiyi məlumata görə, seçkilərdə qələbə qazanan Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İcra Şurasının bu gün seçki sonrası ilk iclası keçiriləcək. Daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə olduğu kimi, Əhməd Davudoğlu partiyasının ən çox səs aldığı vilayətlərə təşəkkür səfəri edəcək. Sonra o, ilk xarici səfərini bir günlük Şimali Kipr Türk Cümhuriyyətinə, ardınca Azərbaycana və İraqa gerçəkləşdirəcək.
Apa.az