Müdafiə naziri Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələri Katibi ilə görüşüb
Noyabrın 7-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər müzakirə olunub.
Trend.az