Ümumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişiklik olunub

Posted by

Ümumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişiklik olunubÜmumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişiklik olunub

Ümumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişiklik olunub

Noyabrın 3-də Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumtəhsil, orta ixtisas və ali məktəblərin “Nümunəvi Nizamnaməsində” dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq verilmiş təhsil müəssisələrinin nizamnaməsində edilmiş dəyişikliklər (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi tərəfindən təsdiq edilir.

 

Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinin təsdiqinə və onlarda edilən dəyişikliklərə isə Təhsil Nazirliyi rəy verir.

 

AZƏRTAC