Avropalı müşahidəçilər seçkilərin gedişinə müdaxilə halları qeydə almayıblar

Posted by

Avropalı müşahidəçilər seçkilərin gedişinə müdaxilə halları qeydə almayıblarAvropalı müşahidəçilər seçkilərin gedişinə müdaxilə halları qeydə almayıblar

Avropalı müşahidəçilər seçkilərin gedişinə müdaxilə halları qeydə almayıblar

Azərbaycanda keçirilmiş parlament seçkilərində yerli orqanların və polisin səsvermə prosesinə müdaxiləsi halları qeydə alınmayıb.

 

Trend-in məlumatına görə, bunu Avropa ölkələrinin milli parlamentlərinin deputatlarından ibarət monitorinq qrupunun rəhbəri Tyerri Mariani parlament seçkilərinin nəticələri üzrə Bakıda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, monitorinq qrupu qərara gəlib ki, parlament seçkiləri beynəlxalq və demokratik standartlara tam uyğun olub.

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

 

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

 

Trend.az