Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

Posted by

Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcəkAvtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

Avtobuslar yeni nəzarət sistemi ilə izlənəcək

Avtobuslarda yeni izləmə avadanlığının quraşdırılmasına başlanılıb.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, GPS treker adlanan bu telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, datçiklərin vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.

 

Xüsusilə sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşılması və s.) haqqında məlumat toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sisteminin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.

 

Sürücülük qabiliyyətinin qiymətləndirilməsi prosesi izləmə avadanlığından əldə edilən məlumat əsasında tərtib olunur. Hesablamanın əsasını sürətin aşılması, kəskin sürətləndirmə, əyləc, dönüş və s. göstəricilər təşkil edir. Sistemin köməyi ilə səhlənkar sürücüləri müəyyən etmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq, yanacaq və istismar xərclərinə də xeyli qənaət etmək olacaq.

 

Eyni zamanda avtomobillərin texniki baxış prosesinin idarə edilməsini avtomatlaşdırmaq məqsədilə hər nəqliyyat vasitəsi üçün ayrılmış elektron xidməti kitabçanın qeydiyyatını və idarə edilməsini təmin edən modul mövcüddur. Bu modulda avtomobilin bütün texniki göstəricilərinin qeydiyyatı və uçotu aparılacaq. Hazırkı modul avtomobilin gözlənilmədən sıradan çıxması riskini azaltmaq və onun texniki xidmət xərclərini aşağı salmağa imkan yaradacaq.

 

Artıq paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarına izləmə avadanlıqlarının quraşdırılması işlərinə başlanılıb. 43 marşrut xətti üzrə fəaliyyət gösətərən 640 avtobusda izləmə avadanlığı quraşdırılıb. Həmçinin dayanacaqlardakı Avtobus İnformasiya Terminallarında avtobusların çatma vaxtlarının əks olunması istiqamətində işlər aparılır. Belə ki, avtobuslarda quraşdırılan izləmə cihazı vasitəsilə toplanan məlumatlar avtomatik olaraq dayanacaqlardakı monitorlara ötürüləcək. Bununla da sərnişinlər dayanacaqda olarkən monitora baxaraq ən yaxın avtobusun (marşrutlar üzrə) neçə dəqiqəyə çatacağı haqqında mütəmadi məlumatlandırılacaq.

 

Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq izləmə cihazları sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılıb. İstənilən kənar müdaxilə barədə (avadanlığın söndürülməsi, zədələnməsi və s.) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaq. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir.

 

Trend.az