ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı dekabrın 3-4-də Belqradda keçiriləcək
ATƏT Xarici İşlər Nazirləri Şurasının 22-ci toplantısı dekabrın 3-4-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, toplantı ATƏT-in hazırkı sədri İvitsa Daçiçin təklifi dəvəti əsasında baş tutacaq.
Qeyd edək ki, Nazirlər Şurası ATƏT-in əsas qərarverici və idarəetmə orqanıdır. ATƏT-ə üzv 57 ölkənin xarici işlər nazirləri arasında hər il keçirilən toplantıda ötən il ərzində təşkilatın fəaliyyəti qiymətləndirilir və təhlükəsizlik məsələləri üzrə istiqamətlər müəyyənləşdirir.
Apa.az